Rusiyanın Dövlət Dumasının Vahid Rusiya Partiyasından sədri Vitali Milonovda koronavirus aşkarlanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

“Koronavirus. Özümü təcrid etmişəm”, - o, agentliyə bildirib.

Qeyd edək ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, parlamentdə 130 deputat koronavirus keçirib, ya da hazırda onun daşıyıcısıdır. Onun sözlərinə görə, hazırda 28 nəfər COVID-19 ilə əlaqədar xəstəxanaya yerləşdirilib/Report.