Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski özünü kifayət qədər yaxşı hiss etdiyini bildirib və işləməyə davam etdiyini deyib.

Bu barədə dövlət başçısı sosial şəbəkədəki videomüraciətində qeyd edib.

"Bildiyiniz kimi, COVID-19 təəssüf ki, məndən yan keçmədi və özümü kifayət qədər yaxşı hiss edirəm. Üçüncü gündür təcridetmədəyəm, amma işdən təcrid olunmamışam. Öz vəzifəmi yerinə yetirirəm. Onlayn müşavirələr keçirir və zəngləşirəm", - Zelenski “Telegram”dakı videomüraciətində deyib.

Dövlət başçısı bazar ertəsi bildirib ki, koronavirusa yoluxub/Report.