“Üç aydır içməli suya həsrət qalmışıq" - Qəsəbə sakinləri Bakı-Şamaxı magistral yolunun hərəkət hissəsini kəsiblər

“Üç aydır içməli suya həsrət qalmışıq" -  Qəsəbə sakinləri Bakı-Şamaxı magistral yolunun hərəkət hissəsini kəsiblər

CƏMİYYƏT

08.08.2020, 14:26

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin sakinləri Bakı-Şamaxı magistral yolunun hərəkət hissəsini kəsiblər.

“Report” xəbər verir ki, onlar yaşadıqları ərazidə üç aydır içməli su problemi ilə qarşılaşmalarından şikayət ediblər.

“Üç aydır içməli suya həsrət qalmışıq. Suyu maşınla alırıq. Hər ay 200 manat içməli suya pul veririk. Ərazidə kanalizasiya sistemi də yoxdur. Bərbad gündə yaşayırıq. Problemimizlə maraqlanan yoxdur”, - sakinlər bildiriblər. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR