Əsəd rejimi İdlibi bombaladı - 14 dinc sakin öldü, 27 yaralı var

02-12-2019 [16:52]
Suriyadakı rejimin başçısı Bəşşar Əsədə aid hərbçilərin İdlib şəhərindəki bazarı bombalaması nəticəsində ölən dinc sakinlərin sayı 14-ə, yaralananların sayı isə 27 nəfərə çatıb.

Məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Bəşşar Əsədə aid hərbçilər İdlibin cənubundakı Marratinnuman və Serakib rayonları, Hülübbe, Ruffa, Sırman, Kenais, Tel Krisian və Berse kəndlərinə havadan hücum edib/Report.


SON XƏBƏRLƏR