AFFA-nın baş katibi İTV-ni necə susdurmaq istəyib?

29-11-2019 [21:52]
İctimai Televiziyada yayımlanan "3D" verilişi artıq xeyli müddətdir ki, AFFA-nın baş katibi Elxan Məmmədovla problem yaşayır.

 Robot-aparıcı Dadaş Dadaşlinski federasiya rəhbərini dəfələrlə verilişə dəvət etsə də, hələlik istəyinə çatmayıb.

Dadaşlinski demək olar, hər proqramda E.Məmmədovun adını çəkərək onunla bağlı müxtəlif fikirlər və təkliflər səsləndirir, qarşı tərəfin kanala təşrif buyurmaqdan imtina etməsini qınayır.

Bu da cəmiyyətdə böyük maraqla qarşılanır və indi hər kəs səbrsizliklə gözləyir ki, prosesin sonu necə nəticələnəcək. Dadaşlinksi birmənalı olaraq bildirib ki, baş katib verilişə gəlməyənədək onunla bağlı mövqeyini dəyişməyəcək.

Sportinfo.az-ın məlumatına görə, verilişdə səslənən fikirlər Elxan Məmmədovda ciddi narahatlıq yaradıb və o, Dadaşlinskini "susdurmaq" üçün müxtəlif dairələrə baş vurub.

Münasibətdə olduğu çevrələrdən İTV-yə təsir göstərmələrini istəyib, lakin heç bir nəticəsi olmayıb. Onun nəzərinə çatdırılıb ki, verilişin formatına və robot-aparıcının mövqeyinə müdaxilə etmək mümkün deyil.


SON XƏBƏRLƏR