Bu gecə Almaniya 61 mühaciri Bakıya deportasiya edib

15-11-2019 [11:00]
Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.

Mia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada deyilir: "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb”.

***

Bu gecə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb.

Trend-in məlumatına görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb. Onların artıq Bakıya çatdıqları bildirilir. Yayılan məlumatlara əsasən, deport olunanları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıb, sorğu-sual edərək buraxıblar.

Almaniyada deportasiya əməliyyatlarının davam etdiriləcəyi qeyd edilir.


SON XƏBƏRLƏR