Prezident İlham Əliyev 4 fərman imzaladı

img

14-11-2019 [17:10]


Bu gün Prezident İlham Əliyev 4 fərman imzalayıb.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərmanda deyilir: 

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətinə bildiriş göndərsin.

 ***

Prezidentin bu gün Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

 ***

Prezidentin digər fərmanı Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə olub.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında 2019-cu il sentyabrın 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərsin.

 ****

Prezident "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə də fərman imzalayıb.

Fərmanda deyilir: 

"Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” 2019-cu il mayın 31-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq