Ərdoğan Allahşükür Paşazadəyə təbrik məktubu göndərib

img

14-11-2019 [14:45]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40-cı illiyi münasibəti ilə təbrik edib.

Mia.az xəbər verir ki, təbrik məktubunu Bakıda Dünya dini liderlərinin II Sammitində Türkiyə Dəyanət İşlərinin sədri professor, doktor Ali Erbaş oxuyub.

"Dəyərli dostum, qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək qiymətləndirməsi ilə doğumunuzun 70 və şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibəti ilə keçirilən tədbirin uğurla başa çatmasını arzu edirəm”, - təbrikdə vurğulanıb.

Ərdoğan belə bir məsuliyyətli vəzifəni uğurla həyata keçirdiyi üçün Şeykülislam Allahşükür Paşazadəni təbrik edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR