PREZİDENT DAHA 3 İCRA BAŞÇISINI VƏZİFƏDƏN ÇIXARDI - Sabiq nazirin qardaşına yeni vəzifə verildi + Yeni təyinat

12-11-2019 [12:33]

Bu gün Prezident İlham Əliyev Suraxanı və Şirvan rayonlarının icra başçılarını vəzifələrindən azad edilməsi ilə bağlı sərəncamlar verib.

Mia.az xəbər verir ki, Prezidentin digər sərancamı ilə Suraxanın vəzifədən azad edilən icra başçısı İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Bu gün Prezident daha bir icra başçısını vəzifədən azad edib.

Bu barədə verilən sərəncama əsasən,  Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Digər sərəncamla Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Mərdan Camalov Şirvanın icra başçısı idi. O, mərhum nazir Yavər Camalovun qardaşıdır.



SON XƏBƏRLƏR