"Keşlə" "Neftçi"yə qalib gəldi, 2-ci sıraya yüksəldi

09-11-2019 [20:19]
Bu gün Azərbaycan Premyer Liqasının XI turunda "Keşlə" "Neftçi"ni qəbul edib.

Mia.az xəbər verir ki, oyun ev sahibinin xeyirinə bitib - 2:1.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. 

18 xala malik "Neftçi" isə 3-cü pilləyə enib.


SON XƏBƏRLƏR