"Qoy indi Türkiyə, Suriya, İran, Rusiya və..." - Tramp ABŞ-ı savaşlardan çəkir

07-10-2019 [16:12]
"ABŞ-ın mənasız, axmaq, sonu olmayan müharibələrdən çıxmasının vaxtı gəlib".

Bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Vəzifə səlahiyyətlərimin icrasına başlayanda İŞİD bölgədə təsiredici gücə malik idi. Biz onları 100 faiz məğlub etdik. Qoy indi İŞİD-lə Türkiyə, Suriya, İran, Rusiya və kürdlər maraqlansın”, - deyə ABŞ prezidentinin ölkə hərbçilərinin Türkiyə ilə sərhəd bölgəsindən çəkilməsi ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, D.Tramp ABŞ hərbçilərinin Suriya-Türkiyə sərhədindən çıxması barədə verdiyi əmr icra edilir/Report.


SON XƏBƏRLƏR