"Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram” - Ərdoğan

10-09-2019 [17:13]

"Qarşıdan gələn dönəmdə ABŞ prezidenti Donald Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram”.

"Haber7” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, Türkiyə ilə ABŞ əsaslı müttəfiqlik əlaqələrinə malikdir: "Bu ittifaq mütəmadi olaraq çətinliklərlə üzləşib və bu çətinlikləri adlayaraq keçib. Bu gün də çətinlikləri uğurlu şəkildə aradan qaldıracağımıza inanıram. Dostum Trampla səmimi və güclü bir dialoqumuz var. Ölkələrimizi maraqlandıran məsələləri müzakirə edirik. Qarşıdan gələn dönəmdə ABŞ prezidenti cənab Donald Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram. Bütün səviyyələrdə güclü əlaqələrimiz var”. 

Report



SON XƏBƏRLƏR