Oğuzda iki maşın toqquşub, 7 nəfər yaralanıb

11-08-2019 [15:02]
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər yaralanıb. 

Xəsarət alanlar Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır/Report.



SON XƏBƏRLƏR