Sabiq prezidentin iqamətgahında əməliyyat: yaralıların sayı 98 nəfərə çatıb

08-08-2019 [21:57]
Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına  təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən edilən hücum zamanı yaranan qarşıdurmada yaralanan şəxslərin sayı artıb.

RİA "Novosti" xəbər verir ki, 98 nəfər tibbi yardım üçün müraciət edib. 11 təhlükəsizlik işçisi hərbi xəstəxanaya köçürülüb. Bundan əlavə 13 zərərçəkən stasionar müalicə alır.

Qeyd edək ki, Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.

O, özü polisə təslim olub. Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır/Report.


SON XƏBƏRLƏR