Bakı-Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var

08-08-2019 [10:53]
Bu gün Bakı-Sumqayıt yolunda turizm şirkətlərindən birinə məxsus avtobusla 525 saylı sərnişin avtobusu toqquşub. 

Mia.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. 

Bildrilib ki, bu səbəbdən yolda sıxlıq müşahidə edilib. 

"Hazırda DANX-ın və Dövlət Yol Polisinin əməkdaşları hadisə yerindədirlər. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və sərnişin avtobusunun sürücüsünü çaşdırıb. Nəticədə 525 saylı avtobus turizm şirkətinə məxsus avtobusa çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq".

Xatırladaq ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb.


SON XƏBƏRLƏR