Moskvadan havaya qalxan sərnişin təyyarəsi nasazlığa görə geri qayıdıb

16-07-2019 [12:29]
Moskvanın Domodedovo hava limanından qalxan sərnişin təyyarəsi texniki nasazlıq üzündən geri qayıtmalı olub.

"Report” "Ren TV”yə istinadən xəbər verir ki, havaya qalxandan bir qədər sonra mühərriklərdən birində güclü titrəmə başlayıb, daha sonra isə mühərrik tamamilə sönüb. Bununla yanaşı, sərnişinlərin mühərrikdən od çıxdığını gördükləri də bildirilir.

Nəticədə ekipaj üzvləri təyyarəni yerə endirmək məcburiyyətində qalıb.


SON XƏBƏRLƏR