ABŞ-da rok-n-roll janrının yaradıcılarından biri 100 yaşında vəfat edib

24-06-2019 [12:41]
ABŞ-da rok-n-rolun yaradıcılarından biri, "Mavi bazar ertəsi" (Blue Monday) mahnısının və bir çox dünya hitlərinin müəllifi olan Deyv Bartolomyu 100 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bunu "The New York Times" qəzeti yazıb.

Qəzet D.Bartolomyu Nyu Orlean musiqi dalğasının fenomeni və Elvis Preslinin əsas rəqibi kimi xarakterizə edib.

O, prodüser, aranjmançı, bəstəkar, truba ifaçısı, Yeni Orleanda ritm-n-blüz dalğasının formalaşmasında müstəsna rol oynayan bendin rəhbəri, eləcə də rok-n-rolun yaradıcısı olub.

Elton Con, Pol Makkartni, "The Rolling Stones" və digər məşhurlar musiqiçi ilə əməkdaşlıq ediblər.


SON XƏBƏRLƏR