Telejurnalistdən ATV-nin açıqlamasına reaksiya: "Hələlik yerimdəyəm, bu, 3, ya 6 ay çəkəcək, bilmirəm"

17-06-2019 [19:21]
ATV-dəki işi ilə bağlı problem yaranan və bu gün telekanalın "o, işdə qalacaq" açıqlamasına kanalın İdman Departamentinin rəhbəri İlkin Xəlilov reaksiya verib.

Mia.az xəbər verir ki, telejurnalist onu dəstəkləyənlərə təşəkkür edib və nə vaxtadək işinin başında olacağını bilmədiyini vurğulayıb: 

"ATV-də işimə davam edirəm! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!”.

Qeyd edək ki,  U-21 millimizin Lixtenşteynə uduzduğu matç üçün hazırladığı tənqidi süjetinə görə İlkin Xəlilova  təzyiqlər başlamışdı, onun işdən azad olunacağı bildirilirdi. Buna görə də azarkeşlər və media nümayəndələri sosial şəbəkələrdə buna etirazını bildirirdi.


SON XƏBƏRLƏR