İdlibdə türk ordusu 34 raketlə vuruldu, rəsmi Ankara İran və Rusiyanı ittiham etdi: "Gərəkli tədbir görüləcək"

13-06-2019 [15:11]

Bu gün İdlibdə Türkiyə ordusunun müşahidə mövqelərinə 34 raket atılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, raketlər Suriya rejiminin nəzarətində olan ərazidən atılıb. Nəticədə 3 əsgər yaralanıb.

Məlumatda o da qeyd olunub ki, Suriyada Rusiyanın nəzarətində olan ərazilərdə də hərbi hərəkətlənmə yaşanır.

Hadisə ilə bağlı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu açıqlama yayıb. O, Rusiya və İrandan bu məsələ ilə bağlı Suriya rejiminə təzyiq etmələrini tələb edib: "Əgər gərəkli addımlar atılmazsa, biz gərəkli tədbirləri görərik".



SON XƏBƏRLƏR