Usubov rəis müavinini sistemdən qovdu, təhqiqatçını işdən çıxardı, əməliyyatçı və.... - Vəkilin döyülməsi ilə bağlı

08-06-2019 [12:50]
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlini döyən polislər işdən çıxarılıb.  

Mia.az xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı məlumat verib.

Onun sözlərinə görə, Binəqədi RPİ-nin 4-cü Polis şöbəsindən maraqlı məlumatlar gəlir:

"Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib".

Anar Qasımlı bildirib ki, güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var.

Mia.az


SON XƏBƏRLƏR