Birinci vitse-spiker: "Həmsədrlərin regiona səfərləri turist səfəri olmalı deyil"

24-05-2019 [15:54]
"Bizim heç bir sahədə zəif olmaq haqqımız yoxdur. Ən azından, bundan sonra başımıza gələcək bəlaların qarşısını almalıyıq”.

Bu fikirləri "Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən "dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, bu gün status-kvo dəyişməlidir və vəziyyət olduğu kimi qala bilməz: "Bunu dəfələrlə ATƏT-in Minsk qrupunun üzvlərinə demişik. Səfərləri turist səfəri olmalı deyil. Niyə demirlər ki, Ermənistan işğalçıdır? Axı bu qədər ikili standart ola bilməz. Azərbaycanın ərazisi dəyişə bilməz, Dağlıq Qarabağ bizim əzəli və əbədi torpağımızdır. Ermənistanda onsuz da vəziyyət nəinki bu günə qədər, heç bundan da sonra da stabil olmayacaq. Onların sifəti elədir ki, kim qapı göstərirsə, gəlir”. 

Report


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi