14-03-2019 [10:41]
Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərlə bağlı ən çox verilən sualları və onlara verilən cavabları yayımlayıb.
Mia.az həmin yazını təqdim edir:
- Fərmana əsasən kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur?
- Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin xarici valyutada olan əsas kredit borclarının qalıq məbləğlərinin cəmi devalvasiya baş verən tarixlərə (2015-ci il 21 fevralın 21-i və (və ya) dekabrın 21-i) 10 000 ABŞ dollarından çox olmayan bütün növ (istehlak, biznes) təminatlı və təminatsız kreditlərinə şamil edilir.
- Bir neçə bank üzrə əsas kredit borcunun məbləği ayrı-ayrılıqda 10 000 ABŞ dollarınadək olan, lakin ümumilikdə əsas borcu 10 000 ABŞ dollarından çox olan fiziki şəxslərə bu Fərman şamil olunurmu?
- Xeyr. Bu Fərman 1-ci (2015-ci il 21 fevralın 21-i) və (və ya) 2-ci (2015-ci il dekabrın 21) devalvasiyaların tarixlərinə fəaliyyətdə olan və ya lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarından yuxarı olmayan fiziki şəxslərə şamil edilir.
- Fərman kredit borcunu devalvasiyalardan öncə götürmüş və devalvasiyadan sonra ödəyib bitirmiş fiziki şəxslərə da şamil olunurmu?
- Bəli. Fərmana əsasən kredit borcunu devalvasiyalardan öncə götürmüş və devalvasiyadan sonra ödəyib bitirmiş fiziki şəxslərə müvafiq devalvasiya tarixlərində əsas kredit borcunun qalıq məbləğinə uyğun kompensasiya ödəniləcəkdir.
- Əgər fiziki şəxs 2015-ci il fevralın 21-i tarixindən öncə 10 000 ABŞ dolları məbləğindən artıq kredit götürmüşdürsə, bu Fərman onlara şamil olunurmu?
- Əgər fiziki şəxsin 2015-ci il 21 fevral tarixindən öncə 10 000 dolları məbləğindən artıq götürdüyü kreditin əsas borc üzrə qalıq məbləği 2015-ci il 21 fevral və (və ya) 2015-ci il 21 dekabr tarixinə 10 000 ABŞ dollarından çox deyilsə, bu halda Fərman həmin şəxslərə şamil edilir.
- Fiziki şəxs 21 fevral 2015-ci il tarixinə 10 000 dolları həcmində əsas borc üzrə qalığı olan kreditinin bir hissəsini (misal üçün: 2000 ABŞ dollarını) 2015-ci il 22 fevral – 21 dekabr tarixləri aralığında, qalan hissəsini isə (misal üçün: 8000 ABŞ dollarını) 2015-ci il 21 dekabr tarixindən sonra ödəmişdirsə, bu halda ona kompensasiya necə hesablanacaqdır?
- Bu halda kompensasiya 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə əsas kredit borcu üzrə qalıq məbləğlərə münasibətdə ayrılıqda hesablanacaqdır. Yəni, 2015-ci il 21 fevral tarixinə əsas kredit borcu üzrə qalıq məbləği 10 000 ABŞ dolları təşkil etdiyi üçün 2500 manat, 2015-ci il tarixinə 21 dekabr isə əsas kredit borcu üzrə qalıq məbləği 8000 ABŞ dolları təşkil etdiyi üçün 4800 manat məbləğində, cəmi 7300 manat məbləğində kompensasiya ödəniləcəkdir. Fiziki şəxslərin əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsini https://pk.fimsa.az/az/calculator linkinə daxil olmaqla hesablamaq mümkündür.
- Fiziki şəxs devalvasiyalardan öncə götürdüyü 10 000 ABŞ dolları krediti üzrə ödənişlər etsə də, krediti tam bağlaya bilməmişdir. Bu halda, ona kompensasiya ödəniləcəkmi?
- Bəli, kompensasiya devalvasiyadan öncə götürülmüş, lakin devalvasiyadan sonra bağlanmış və ya hələ də ödənişi tam başa çatmamış bütün kreditlər üzrə verilir.
- Fiziki şəxsin ödəmə müddəti keçmiş kredit borcu olduqda, ona kompensasiya - ödəniləcəkdirmi?
- Bəli. Lakin bu zaman kompensasiya, ilk növbədə, fiziki şəxsin fəaliyyətdə olan və (və ya) lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, artıq qalan məbləğ isə həmin fiziki şəxsə təqdim ediləcəkdir.
-2015-ci il 22 fevral - 2015-ci il 21 dekabr tarixləri aralığında əsas borcunun həcmi 10 000 ABŞ dolları məbləğinədək olan kredit müqaviləsi imzalamış və həmin aralıqda müvafiq kredit borcunu ödəmiş fiziki şəxs üçün hər hansı güzəştlər nəzərdə tutulurmu?
- Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. Müvafiq tarix aralığında devalvasiya baş vermədiyindən, fiziki şəxs onun iradəsindən asılı olmayaraq heç bir maliyyə itkisi ilə üzləşmədiyindən ona bu məqsədlə kompensasiya ödənilməsi nəzərdə tutulmur.
- Manatla krediti olanlara hər hansı güzəşt nəzərdə tutulurmu?
- Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq onun üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. 2015-ci il 21 dekabr tarixindən sonra ölkədə devlavasiya baş vermədiyindən fiziki şəxs bu səbəbdən hər hansı maliyyə itkisi ilə üzləşməmişdir. Bununla əlaqədar olaraq, bu məqsədlə fiziki şəxslərə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır.
Bununla belə, həmin fiziki şəxsin 2019-cu il martın 1-i tarixinə kredit borcu üzrə gecikmə müddəti 360 gündən çoxdursa, banklar tərəfindən həmin şəxslərə əsas kredit borclarının restrukturizasiya olunması, bu kreditin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən güzəştli kreditlə əvəzlənməsi təklif olunacaqdır. Həmçinin, bu zaman həmin kreditlərə hesablanmış faizlərin və dəbbə pullarının (cərimə, penya) silinməsi nəzərdə tutulur.
- Devalvasiya baş vermiş tarixlərdən sonra dollar krediti restrukturizasiya olunaraq manat kreditinə çevrilmiş fiziki şəxslərə Fərmana əsasən kompensasiya ödəniləcəkmi?
- Fiziki şəxsin 2015-ci il 21 fevral və (və ya) 21 dekabr tarixlərinə xarici valyutada əsas kredit üzrə qalıq borcu 10 000 ABŞ dollarından çox olmadıqda, onlara müvafiq kompensasiyalar ödəniləcəkdir.
- Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya avro və rubl kreditlərinə də şamil olunurmu?
- Bəli. Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya bütün xarici valyutada olan kreditlərə şamil edilir. Bu zaman kompensasiya ödənişi həmin kreditlərin valyutalarının 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə, restrukturizasiya isə 2019-cu il 1 mart tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla həyata keçirilir.
- Hansı kredit borclarının restrukturizasiya olunacağı nəzərdə tutulur?
-Borcun xarici valyuta və ya manatla alınmasından asılı olmayaraq, 2012-ci il yanvar 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödənişi 360 gündən çox gecikdirilmiş kreditlərin restrukturizasiyası nəzərdə tutulmuşdur.
-Manatla krediti olanlara hər hansı güzəşt nəzərdə tutulurmu?
- 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə milli valyutada əsas borcun qalıq məbləğinin cəmi 17 000 manatadək olan və 360 gündən çox gecikdirilmiş kreditlər restrukturizasiya olunacaqdır.
- Fərmana əsasən kreditlərin restrukturizasiyası nəyi nəzərdə tutur?
- Fərmana əsasən kreditlərin restrukturizasiyası 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödəniş müddəti 360 gündən çox gecikdirilmiş kreditlər üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsini və həmin kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti ilə) verilən yeni kreditlə əvəzlənməsinə dair bankla fiziki şəxs arasında yeni kredit müqaviləsinin bağlanmasını nəzərdə tutur.
- Fərmanın qüvvəyə mindiyi tarixə işi məhkəmələrdə olan və ya icra sənədi üzrə icraata daxil olan fiziki şəxslərin kredit borcları üzrə problem necə həll olunacaq?
- 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək fiziki şəxslərin bütün valyutalarda bağlanmış kredit müqavilələri üzrə 2019-cu il mart 1-i tarixinə əsas kredit borcu 10 000 ABŞ dolları və ya 17 000 manatdan çox olmayan və 360 gündən çox gecikməsi olan kreditləri üzrə məhkəmədə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.
-Güzəştlərin əldə edilməsi üçün fiziki şəxslər hansı addımları atmalıdır? Fiziki şəxslər banklara müraciət etməlidirlərmi?
- Fiziki şəxslərin banklara müraciət etməsinə zərurət yoxdur. Hazırda güzəştlərdən faydalanacaq müştərilərin siyahısı hazırlanır. Banklar bu siyahılar üzrə öz müştərilərinə müraciət edəcəkdir. Eyni zamanda, hər bir fiziki şəxs kompensasiya ödənişləri ilə bağlı yaradılacaq reyestrdə öz adının olub-olmamasını yoxlaya biləcəkdir.
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar