Jurnalistdən 14 yaşlı qızın zorlanmasına sərt reaksiya: "Müftəxorların övladları belə yollara əl atırlar"

07-02-2019 [22:17]
Bu gün "Yeni Müsavat” ın canlı yayımında bir neçə gündür sosial şəbəkələrdə də müzakilərə səbəb olan 14 yaşlı qızın oteldə zorlanması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, debatda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və jurnalist Seymur Verdizadə iştirak ediblər.

Seymur Verdizadə bildirib ki, bu cür eybəcər hadisələrin gələcəkdə də baş verməyəcəyinə heç kim təminat verə bilməz:

"Hesab edirəm haram yolla pul qazananların, müftəxorların övladları belə yollara əl atırlar. Bu cür bahalı otelə  getmək, "Galinvagen” nin altında kimisə xıncım-xıncım etmək üçün pul lazımdır. Cəmiyyət o qızı qınayır, sual otaya çıxır ki, 14 yaşlı qızın oteldə nə işi var idi? Doğrudur , 14 yaşlı  qızın yeri kitabxana, məktəb, parta arxasıdır.

Məsələ budur ki, cəmiyyət dözümsüz olmamalı, məsələyə geniş konteksdən yanaşılmalıdır. Onun atası şikayət etməsəydi, mətbuata açıqlama verməsəydi, həmin şəxs məsuliyyətdən yayınacaqdı. Çox vaxt atalar ictimai qınaqdan qorxduqlarına görə belə məsələləri ört -basdır edirlər.

Hakimlərimiz onu həbs etməkdə tərəddüd edirlər, çünki pulu var. Cəzasızlıq mühiti digər haramzadələrin də əlini-qolunu açmasına imkan verir. O qıza uzanan barmaqlar bizim övladlarımıza uzanır. O barmaqları kəsmək lazımdır. Olayı qəti şəkildə pisləyirəm. Düşünürəm ki, həmin şəxs qanun qarşısında ən sərt şəkildə cəzasını alacaq”.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...