17-01-2019 [20:02]
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalıdır".
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İnterfaks” agentliyinə eksklüziv müsahibəsində bildirib.
"Nizamlanmanın hüquqi bazasına müraciət edərkən xatırlatmaq lazımdır ki, onu, ilk növbədə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, GUAM-ın, NATO-nun, Avropa Parlamentinin və s. qərarları, habelə ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər təşkil edir. Təəssüf ki, uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. Lakin Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəlilədilməsi nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Milanda nazirlər səviyyəsində keçirilən görüşü çərçivəsində qəbul edilmiş 2018-ci il 6 dekabr tarixli birgə bəyanatında münaqişənin sülh yolu ilə ədalətli və davamlı tənzimlənməsi üzrə danışıqları davam etdirməyə razılığın əldə olunması qeyd edilib: "Bu isə o deməkdir ki, danışıqların formatı dəyişməyib. Sənəddə həmçinin Düşənbədə iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaya riayət edilməsinə və hər iki ölkənin əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılmasına çağırış əksini tapıb. Bundan əlavə, birgə bəyanatda yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsində intensiv danışıqların aparılmasının zəruriliyi barədə fikir ifadə olunub".
E Məmmədyarov deyib ki, münaqişənin nizamlanmasında irəliləyişin əldə olunması bütün regionda sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, ilk növbədə, Ermənistanın özündə iqtisadi inkişafa imkanlar açacaq: "Ölkəmiz digər etnik qrupların nümayəndələri olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağın erməni mənşəli vətəndaşlarına münasibətdə də bunu etmək və onlara Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”.
Nazir vurğulayıb ki, Azərbaycanı narahat edən problemlərə və beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyi BMT Baş Məclisinin 73-cü sessiyasi çərçivəsində keçirilən bir sıra tədbirlərin gedişində böyük anlayışla qarşılanıb və dəstəklənib: "Məsələn, BMT-nin Baş Məclisi Azərbaycanın təklif etdiyi "İtkin düşmüş şəxslər” adlı qətnaməni dekabrın 17-də qəbul edib. Sənəddə beynəlxalq birliyin diqqəti beynəlxalq humanitar hüququn müddəalarına hörmət və onlara riayət olunması, silahlı münaqişələr şəraitində insanların itkin düşməsi hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı üzrə bütün zəruri tədbirlərin görülməsi, o cümlədən beynəlxalq öhdəliklərə müvafiq olaraq onların taleyinin müəyyən edilməsi üçün əməkdaşlıq üzərində cəmləşdirilir. Aprelin 3-5-də Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirlərinin konfransı keçirilib. Konfransın nəticələrinə əsasən qəbul edilmiş yekun sənədində və Bakı Bəyannaməsində Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyinə birgə dəstək ifadə olunub. Avropa Parlamenti dekabrın 12-də "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin reallaşması haqqında” qətnamə qəbul edib. Qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsini təsdiq edib".
Nazir beynəlxalq birliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə birmənalı dəstəyinin artdığını xüsusi vurğulayaraq deyib: "Bizim ardıcıl səylərimiz nəticəsində "beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi” formulundan diplomatiya leksikonunda geniş istifadə olunmağa başlanıb”.
Azərtac
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO (Yenilənib)
MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb