ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Azərbaycanda “törəməsi olan gürcü bankı çirkli pulların yuyulmasında ittiham olunur r - Detallar - mia.az
Şriftin ölçüsü / 120 dəfə oxunub

Azərbaycanda “törəməsi olan gürcü bankı çirkli pulların yuyulmasında ittiham olunur r - Detallar

09 Yanvar 2019 [15:10]
 Azərbaycanda kredit təşkilatı olan Gürcüstanın böyük banklarından biri "TBC Bank”ın fəaliyyətində çirkli pulların yuyulması əlamətləri və digər qeyri-qanuni əməllər aşkar olunub.

Mia.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə prokuror Salome Çikobava bildirib.

O deyib ki, Maliyyə Monitorinqi Xidməti "TBC Bank”ın 2018-ci ilin may ayında maliyyə və hüquqi şəxslər, inzibatçılar və ayrı-ayrı səhmdarların fəaliyyətlərini tədqiq etməyə başlayıb: "Xidmət belə bir nəticəyə gəlib ki, bu fəaliyyətlərdə qanunsuz gəlirin leqallaşdırılması, pul yuma və digər qeyri-qanuni hərəkətlərin əlamətləri açıq-aydın görünür”.

Materiallar baxılması üçün ölkənin Milli Bankı və Gürcüstan Prokurorluğuna təqdim olunub. Milli Bank səlahiyyətləri çərçivəsində məsələni araşdırıb və qanun pozuntularına müvafiq reaksiya verib.

Baş Prokurorluq 2018-ci ilin avqustun 2-də qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.

"TBC Bank” isə Baş Prokurorluğun bankdan müsadirə etdiyi sənədlərin 2018-ci ildə həyata keçirilmiş qanuni bank əməliyyatlarına aid olduğunu bildirib.

Gürcüstanın Milli Bankı "TBC Bank”ı artıq 1 milyon lari (375 234 dollar) məbləğində cərimə edib. Banka qarşı əlavə sanksiyaların tətbiq olunub-olunmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, "TBC Bank” Azərbaycanın maliyyə bazarında da fəaliyyət göstərir. Belə ki, "TBC Kredit” MMC bank olmayan kredit təşkilatı 100% bu bankın törəməsidir. Bir qədər əvvəl "TBC Kredit"in Azərbaycandakı "Nikoil Bank” ASC ilə birləşməsi barədə tərəflər arasında saziş imzalanmışdı.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR