ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Azərbaycan teatrlarında nümayiş etdiriləcək Yeni il tamaşaları - SİYAHI - mia.az
Şriftin ölçüsü / 154 dəfə oxunub

Azərbaycan teatrlarında nümayiş etdiriləcək Yeni il tamaşaları - SİYAHI

26 Dekabr 2018 [10:45]
Azərbaycanda fəaliyyət göstərən teatrlarda Yeni il münasibətilə şənliklər, bayram proqramları nümayiş olunacaq.

"Report” teatrlarda uşaqlar üçün hazırlanan tamaşaların siyahısını tərtib edib.

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək. 27, 28, 29, 31 dekabr, 1, 2, 5, 6 yanvar tarixlərini əhatə edəcək. Bayram tamaşası ("Nindza Tısbağalar və kapitan Cekin macəraları” səhnə əsəri) saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla  təqdim olunacaq.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dekabrın 26-dan yanvarın 6-a qədər "Maşa və Ayının qış nağılı” tamaşası nümayiş etdiriləcək.

Tamaşaçılar səhnə əsərinə hər gün saat 12:00, 14:00, 16:00 və 18:00-da dörd seans olmaqla baxa biləcəklər. Hər dörd seans Azərbaycan dilindədir.

Azərbaycan Dövlət Rus Dram Teatrında Yeni il münasibətilə "Düyməcik” tamaşası təqdim olunacaq. Tamaşa 30, 31 dekabr və 1, 2, 6 yanvar tarixlərində gündə 2 seans nümayiş etdiriləcək. Tamaşalara biletlər artıq satılıb. Lakin tamaşa yeni olduğundan yanvar ayı ərzində yenidən nümayiş olunacaq.

Bakı Uşaq Teatrı 29 və 30 dekabrda 3 seans olmaqla Gədəbəydə, yanvarın 2-də isə iki seans olmaqla Bakıda "Şaxta Babanın toyu” tamaşasını təqdim edəcək.

Azərbaycan Dövlət Musiqili Teatrında isə dekabrın ayının 28-dən yanvar ayının 6-a qədər gündə 4 seans olmaqla "Cırtdanın Yeni İl sərgüzəştləri” tamaşası nümayiş etdiriləcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə dekabrın 26-ı saat 19:00-da yanvarın 30-u saat 14:00-da isə uşaqlar üçün "Şelkunçik” nümayiş olunacaq.

Gənc Tamaşaçılar Teatrında dekabrın 29-dan yanvarın 4-ə qədər saat 12:00, 14:00, 16:00-da 3 seans olmaqla, 5, 6 yanvar tarixlərində saat 12:00, 14:00, 16:00, 18:00-da  "Qar kraliçası” tamaşası nümayiş olunacaq.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında dekabrın 29-dən yanvarın 3-dək saat  10:00, 12:00, 14:00, 16:00-da "Peppa və dostları" tamaşası nümayiş etdiriləcək.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR