Hansı rayonda daha çox pambıq yığılıb? - Statistika

img

18-12-2018 [15:40]


Ölkə ərazisində yağmurlu hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, pambıq yığımı davam edir.

Dövlət Statistika Komitəsindən Mia.az-a verilən məlumata görə, bu günədək pambıq yığımında Saatlı (30 min 58 ton), Bərdə (24 min 962 ton), Ağcabədi (22 min 825 ton), Biləsuvar (21 min 773 ton) və Beyləqan (21 min 281 ton) rayonları irəlidə gedir: "Dekabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 228003 ton məhsul təhvil verilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur".

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib.

Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq