Şriftin ölçüsü / 119 dəfə oxunub

Elmar Məmmədyarov ATƏT PA nümayəndə heyətinin sədri ilə görüşdü - Müzakirə + FOTO

06 Dekabr 2018 [19:50]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də "Cənubi Qaz Dəhlizi" layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR