AXCP sədri Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Milli Şura sədrinin halı pisləşdi+ Fotolar

img

17-11-2018 [19:28]


Bir müddət əvvəl Şəhidlərin Xiyabanında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.

Bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.

A.Kərimli və onun tərəfdarları Milli Dirçəliş Günü ilə əlaqədar yürüş ediblər və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.

*** 
Virtualaz.org xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb.

Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib.

***

Oqtay Gülalıyev sosial şəbəkədə hazırda Səbail Polis İdarəsinin qarşısına toplaşdıqlarını və idarəyə iki Təcili Tibbi Yardım avtomobilinin çağırıldığını bildirib.

O bildirib ki, saxlanılan şəxslərin vəkillə təmin edilmələrinə çalışırlar.



AXCP sədri Əli Kərimli və Cəmil Həsənli saxlanıldıAXCP sədri Əli Kərimli və Cəmil Həsənli saxlanıldı



Digər xəbərlər
SON XƏBƏRLƏR