ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq yoxlama - mia.az
Şriftin ölçüsü / 339 dəfə oxunub

XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq yoxlama

06 Noyabr 2018 [10:59]
"Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər naziri Elmar Məmmədyarovun tapşırığı ilə araşdırılmaqdadır”.

Mia.az xəbər verir ki, bunu bakupost-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, XİN-nin araşdırmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək:"Hələlik məsələ ilə bağlı Azərbaycanın müvafiq orqanlarına müraciət müzakirə mövzusu deyil. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən araşdırma davam edir”.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib.A. Xudiyev T. Əliyevi səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib.Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A. Xudiyevi qərəzli olmaqda ittiham edən T. Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib.

A. Xuduyevin Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb, tənqid olunub. Çünki səfirlikdə həqiqətən belə bir mənimsəmə faktı var idisə, ilk növbədə Azərbaycanın müvafiq orqanlarına, XİN-ə müraciət oluna bilərdi.

Xatırladaq ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. Hazırda Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR