Ramil Usubovdan daha bir dəyişiklik - Bakı Polisinin mətbuat katibi dəyişdi, yeni təyinat oldu

img

19-10-2018 [11:20]


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.

Mia.az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ mətbuat xidmətinin əməkdaşı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR