17-10-2018 [17:08]
"Qarabağ məsələsi bizim ümummili məsələmizdir. Ona yanaşmamız da ümumilli maraqlar müstəvisində olmalıdır. Bu məsələdə heç bir siyasi ambisiya ola bilməz”.
Bu fikirləi Mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O deyib ki, hansısa siyasi partiyanın öz maraqlarını güdməsi, bu məsələdən kənarda dayanması xəyanətdən başqa bir şey deyil:
"Diqqət yetirdinizsə, xarici qüvvələrə işləyən, müxalifət adını öz üzərlərinə götürən Milli Şura, AXCP, Müsavat Qarabağ mitinqinə dəstək vermirlər. Bunun da səbəbi var. Qarabağ münaqişəsinin həlli Azərbaycan dövlətinin qdrtələnməsi deməkdir. Bunu Avropa, Amerika istəmir. Elə ona görə də onlar buradakı əlaltılları olar Əli Kərimli, Cəmil Həsənli, Arif Hacıyev və bu kimi xəyanətkarlar vasitəsiylə camaatın başının altına yastıq qoyurlar. Bu qüvvələr Azərbaycanın yaralı yerinin olmasını istəyirlər ki, xarici qüvvələr ondan istifadə eləsinlər. Bu gün də Qarabağ münaqişəsinin bu şəkildə davam eləməsi onlara sərf edir. Bu saat onların marağında deyil ki, xalq qalxıb Qarabağı tələb eləsin. BP şirkəti Azərbaycanın sərvətindən milyardlar qazanır, üstəli azərbaycanlı fəhlələrin əməyini istismar edir. Hər addımbaşı azərbaycanlıları aşağılamaq istəyirlər. Həmin təşkilatın bir qolu Əli Kərimliyə gedib çıxır. Hakimiyyətdəki bəzi məmurların əli Cəmil Həsənlinin, Əli Kərimlinin cibindən çıxır. Nə vaxt zakaz gəlirsa, bunlar ayağa qalxırlar.Bu adamlar heç vaxt istəməyiblər ki, xalq Qarabağı istəsin, Qarabağ məsələsi həllini tapsın. Bu gün vasitəçilik adı ilə başımızı qatan dövlətlər Əli Kərimli, Cəmil Həsənli və digərlərini himayə edirlər. Cəmil Həsənlinin mənsubiyyəti bəlli olan kürəkəni bp şirkətində çox böyük vəzifədədir. Yaxud Cəmil Həsənlinin qızının qaynatası bp-də maliyyə məsələlərinə baxan əsas adamlardandır. Həbsxanadan yeni çıxan İlqar Məmmədov. Bu adam həbsdə olanda elə şişirtmişdilər ki, guya azadlığa çıxanda dağı dağ üstə qoyacaq. Bir ay keçdi, indi də komandasının üzləri deyirlər ki, biz hələ təcrübə toplamalıyıq, sonra hakimiyyət uğrunda mübarizə apararıq. Niyə belə oldu? Çünki xaricdəki havadarları dedilər ki, nə vaxt biz desək, oz aman hərəkətə keçərsiz. Ona görə xahiş edirəm, bu adamları xalqa müxalifət kimi sıramayın”.
Partiya sədri deyir ki, hazırda xalqın problemlərindən danışan, konkret ünvanlı çıxışlar edən şəxs özüdür.
"Bu adamlar çalışırlar ki, prezidentə qarşı narazılıq yaratsınlar. Mən həmişə dövlət başçısını müdafiə etmişəm, bundan sonra ömrümün axırına qədər müdafiə edəcəm. Çünki hakimiyyətdəki satqınlarla müxalifət adından bu xalqa sırınmış adamlar eyni mərkəzdən idarə olunur. Elə ona görə də Qarabağ mitinqinə dəstək vermədilər. Amma bizim partiyadan ora 1500 nəfərdən çox adam getmişdi. Görəsən, nəyə görə mitinq təşkilatçılarından biri demədi ki, MMP də bizə dəstək verdi. Amma biz bu cür cılız hislərlə yaşamırıqı. Bu yolda bütün dəstəyimizi verəcəyik. Müxalifət bizik, hazırda sağlam qüvvələrlə danışıqlarımız da gedir. Onlar arxayın olmasınlar ki, xarici qüvvələrin əliylə hakimiyyətə gələ biləcəklər. Nə qədər ki mən varam, hakimiyyətin birinci şəxsini müdafiə edəcəyik. Çox təəsüf ki, mənə də ciddi təzyiqlər var. Mənə qarşı edilən terrorun da bir ucu müəyyən yerlərə gəlib çıxır. Hələlik heç nə demirəm, yəqin ki, araşdırma bitəndən sonra hər şeyi xalqa açacağıq”, - deyə müsahibimiz fikrini tamamlayıb.
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar