Şriftin ölçüsü / 106 dəfə oxunub

Rəsmi Bakıdan Frankofoniya təşkilatının təxribatına CAVAB

10 Oktyabr 2018 [16:19]

Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində bu ilin 9 oktyabr tarixində İrəvanda açılan "Frankofoniya şəhərciyi”ndə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə xidmət edən növbəti təxribatçı addımıdır.

Bu haqda Mia.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən daxil olan bəyanatda bildirilib.

Qeyd olunub ki, bu addım Ermənistanın Frankofoniya təşkilatından öz siyasi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir.

"Vurğulamaq istərdik ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir.

Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir”-deyə XİN bildirib.





SON XƏBƏRLƏR