Avropa İttifaqından Azərbaycanla bağlı açıqlama: "...ölkənin iqtisadi inkişafı üçün olduqca vacibdir"

img

21-09-2018 [13:25]


 "Lisenziyaların verilməsinin sadələşdirilməsi ölkənin iqtisadi inkişafı üçün olduqca vacibdir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda iqtisadi durum və biznes mühiti ilə bağlı araşdırmalar aparılıb və qənaətə gəlinib ki, ölkədə biznes sahəsi üzrə xidmətlərin "ASAN xidmət" tərəfindən həyata keçirilməsi işləri davam etdirilir: "Bu tədbirlər hökumət tərəfindən yüksək səviyyədə dəstəklənir. "ASAN xidmət" sistemi ölkənin iqtisadi inkişafı üçün çox vacib kompanentdir".

Aİ diplomatı vurğulayıb ki, Azərbaycan hökuməti dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid pəncərə prinsipi ilə həyata keçirilməsi imkanlarının genişləndirilməsi üzrə addımlar atır.

O qeyd edib ki, görülən işlər vətəndaşların dövlət orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılması, korrupsiya ilə mübarizənin təmin edilməsi, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsinə yönəlib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR