Şriftin ölçüsü / 89 dəfə oxunub

Xarici vətəndaşa məxsus mağazadan oğurluq edən şəxslər saxlanıldı - FOTO

14 Sentyabr 2018 [21:51]
Türkiyə Respublikasının vətəndaşı Temiz Serkan Necati Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına sentyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradakı seyfdən 17.000 ABŞ dolları məbləğində pul oğurlayıb. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli qismində saxlanılıb:

"İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib. Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman saxlanılıb". 
   
Faktla bağlı araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR