Şriftin ölçüsü / 769 dəfə oxunub

Sədr işdən çıxarıldı, iki komitə birləşdirildi - YENİ TƏYİNAT (FOTO)

14 Sentyabr 2018 [16:02]
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

İclasın gündəliyinə daxil olunan məsələlərdən biri də AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyi idi.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, eləcə də Hakim-İnspektorlar Komitəsinin rəhbəri Əli Hüseynovvəzifəsindən göndərilib.Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib, yeni yaradılan komitəyə isə avstriyalı keçmiş FİFA referisi Frits Stuxlik sədr təyin olunub.

Qeyd edək ki, X.Məmmədov hər zaman hakimlərlə aralarında baş verən qalmaqallara görə gündəmə gəlib.




    SON XƏBƏRLƏR