Rusiyada pensiya islahatına kütləvi etiraz - Ruslar küçələrə çıxdı, həbslər var

img

09-09-2018 [16:31]


Rusiyanı pensiya islahatlarına qarşı nümayişlər bürüyüb. 

Sentyabrın 9-da, paytaxt Moskvada və regionlarda aksiyalar başlayıb, saxlananlar var. 

Bu aksiyalara çağırışı müxalifət lideri Aleksey Navalny edib. Navalny özü ictimai asayişi pozmaqda ittiham edilərək, 30 günlüyə həbs olunub, türmədədir.

Hazırda Rusiyada qadınlar üçün pensiya yaşı 55, kişilər üçün 60-dır. İyulun ortasında Dövlət Duması təqaüd yaşının kişilər üçün 65, qadınlar üçün 63-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Putin qadınlara güzəşt edib, qadınların yaşın 60-a salıb, kişilər üçün yaşın endirilməsi barədə danışmayıb. Yəni, qanun bu şəkildə təsdiqlənsə, Rusiyada kişilər 65, qadınlar isə 60 yaşından pensiyaya çıxa biləcəklər.

Nümayişlər Rusiyada səsvermə gününə təsadüf edir. 

Belə ki, sentyabrın 9-u Rusiyanın 26 regionunun rəhbəri və 17 deputat seçilir. (azadlıq.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR