ARDNF “Şahdəniz” yatağı üzrə qazın satışından nə qədər gəlir əldə edib? - Məbləğ açıqlandı

img

13-08-2018 [18:09]


2007-ci ildən cari il avqust ayının 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirləri 2 milyard 506 milyon ABŞ dolları olub.

Bu barədə Mia.az-a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, Neft Fondu bu ilin yanvar-iyul aylarında "Şahdəniz” yatağı üzrə kondensatın satışından isə 94 milyon dollar qazanıb.

Xatırladaq ki, cari ilin əvvəlində "Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Neft Fonduna 108 milyon dollar əlavə bonus ödənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR