Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli”dən 5,6 milyard dollar qazanıb - Açıqlama

img

13-08-2018 [17:55]


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il avqust ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 134 milyard 107 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən Mia.az-a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 621 milyon dollar vəsait daxil olub.

Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fonduna "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR