"The Financial Times" və "The Guardian" Xəzər sammitindən yazdı:: "Bu, çox mürəkkəb diplomatik zəfərin nəticəsi oldu"

img

13-08-2018 [12:52]


Xəzəryanı ölkələr 5-ci Xəzər sammitində uzun müzakirələrdən sonra böyük enerji layihələrinə yol açan saziş imzalayıblar.

TASS xəbər verir ki, bu barədə Aktauda keçirilən forumun nəticələrini şərh edən Böyük Britaniya KİV-ləri yazırlar.

"Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistan avqustun 12-də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında körpü olan regiona nəzarət etmək məqsədilə saziş imzalayıblar. Dünyanın ən böyük gölü ətrafındakı uzun müddət davam edən mübahisələrə son qoyulması Rusiyanın bölgə üzərindəki nəzarətinin artmasına yardım edir", - "The Financial Times" qəzeti yazıb.

"The Guardian" qəzeti isə Xəzər dənizinin hüquqi statusu haqqında sənədin ABŞ sanksiyalarından sonra İran üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Diplomatlar bu sənədi regional konstitusiya adlandırırlar. Bu, çox mürəkkəb diplomatik zəfərin nəticəsi oldu".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR