ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide ”Ruhlar şəhəri” yolumuzu gözləyir... - mia.az
Şriftin ölçüsü / 390 dəfə oxunub

”Ruhlar şəhəri” yolumuzu gözləyir...

23 Iyul 2018 [18:57]
Səxavət Tağlar, 
Yazıçı, Əməkdar müəllim

***                                                                          

Qarabağın gözü olan Ağdam!  

1988-ci ilin fevralında Ermənistan və Dağlıq Qarabağdan çıxarılan on minlərlə azərbaycanlını  köksünə almaqla ən böyük ağırlığın mərkəzində olan doğma şəhər! İnsanlarının Vətənpərvərliyi, döyüş ruhu ilə düşmənə hər zaman göz dağı olan sevimli, yaraşıqlı  Ağdamımız!..

Nə biləydik ki, ocağımızdan köz, bulağımızdan su  götürən o nadanların ocağımızda da, bulağımızda da gözləri var imiş?! Necə oldu ki, Ağdam xofundan qınında yanan o nadanlar Ağdama girdi?! Çörəkpulu üçün fəhləlik, dəmirçilik, kömürçülük... etdiyi bir şəhərə yiyə çıxmaq eşqinə düşdü?! İçimizi göynədən, vücudumuzu susduran bu suallara son qoymağın vaxtı deyilmi?!..

...Sosial şəbəkədə Aynurə Əliyevanın  Ağdama qayıtmaq istəyimizlə bağlı paylaşdığı  "Ağdam, Sənə qayıdacam!” - bədii qiraət və görüntüləri elə-belə izləmək mümkün deyil. Qəlbində Ağdam sevgisi olan hər bir kəsi bu video-material özünə çəkir. Təbii ki, mən də bir Vətən oğlu kimi, Ağdamsevər kimi Aynurə xanımın materialını təkrar-təkrar izlədim və qəlbimdən bu yazını yazmaq keçdi.

 Tale elə gətirib ki, ali təhsilimi Xankəndində almışam. Hər zaman yolum Ağdamdan keçib. Ağdamlı tələbə yoldaşlarım və müəllimlərim olub. Ağdamlı tanınmış pedaqoq, mətbuat və partiya işində böyük təcrübəsi olan Süleyman Zeynalov dekanımız idi. O, əsl Azərbaycan kişisi idi. Sözü, əməli bir, qayğıkeş və həm də tələbkar. Məni çox istəyirdi. Yəqin ki, səbəbi tələbə ikən mətbuatda olmağımdan, beynəlmiləl bir şəhərdə, beynəlmiləl bir institutda gedən millətçilik oyunlarına açıq münasibətimdən irəli gəlirdi. Heç vaxt unuda bilmirəm.

Yadıma düşəndə dəli olmağım gəlir.Bir gün Azərbaycan bölməsində (Azərbaycan, rus və erməni sektorları var idi) müasir Azərbaycan dilindən Ararat Qriqoriyan adlı erməni dığası  bizə dərs deməyə gəldi. Qrup nümayəndəsi kimi, əlaçı tələbə kimi təəccübümü gizlədə bilmədim. Altı aydan sonra...

Sən demə mənim etiraz səsim altı ayda onun içini göynədirmiş, o, məndən intiqam almaq hissi ilə yaşayırmış... 

Bir gün Süleyman Zeynalov məni otağına çağırdı və dedi "Ay tələbə döyüşçü, bilirsən səni nə gözləyir?! Torvan tikilib. İşin DQMV-nın prokurorluq və DİŞ orqanlarının birgə apardığı istintaqa getdi. Beynəlmiləl bir şəhərdə millətçilik toxumu səpən  gənc kimi. Ararat Qriqoriyandan üzr istəmək təklifi olsa, nə edərsən?!” 

Mən fikirləşmədən cavab verdim: "Ölərəm, o alçaqdan üzr istəmərəm!"

Dekan cəsarətli mövqeyimdən dik ayağa qalxdı, hiss etdim ki, yan-yörəsində heç kəsin olmadığına nəzər yetirib, əlini çiynimə qoydu və alnımdan öpdü.

"Get , ağzımöhkəm ol, heç kəs səni institutdan xariç edə bilməz” -dedi...           

Ağdam və ağdamlılarla bağlı xatirələrim birdimi-ikidimi. Ağdamsızlığın 25 illiyi günlərində təəssüratlarım qəlbimə hakim kəsildi. Hər kəs öz istəyini, Ağdam sevgisini bir cür ifadə edir.

Dəyərli dostumuz, böyük sənətkar Mənsum İbrahimovun  sosial şəbəkədə "23 iyul 1993-cü il və 23 iyul 2018-ci il. Ağdamsızlığın 25 ili" paylaşması sadə olsa da, böyük insanın mükəmməl sevgisini dilə gətirir. 

İnformasiya Portallarında və ölkə mətbuatında Xankəndili günlərimin əziz tələbə yoldaşı, Əməkdar jurnalist , tarix elmləri üzrə fəlsəfə dokturu, FHN-nin polkovniki Hikmət Cəmilzadənin yazıları hər bir Ağdamsevərin ruhuna dinclik gətirir.  

Ağdamlılar hər zaman böyük-kiçik yeri biliblər. Ağdam musiqi beşiyimiz olub, oradan tarixi şəxsiyyətlər çıxıb. Milli adət-ənənəmiz, soy- kökümüzə bağlılıq hər bir ağdamlının qanındadır. 

Səhv etmirəmsə, 1988-ci ilin bir payız günündə İmişlidən Vahid Tağıyevlə (İmişli TŞ-nın müdir müavini) Mərzili kəndinə tələbə yoldaşımız Tofiq Abdullayevin (hazırda Ağdam PŞ-nın rəis müavini, polis polkovnikidir) toyuna yollandıq. Iki saat keçməmiş Kazım kişinin toy-büsatlı məhləsində olduq.

Toy məclisi...Mərzili toyu...Qohum-əqrəba, dost-tanış hamısı burada idi. Elm banisi, dünya şöhrətli alim, mərhum Xudu Məmmədovun vəfatının birinçi ili çıxmadığından toyda nə musiqi, nə də şərab oldu. Bu ailədən gələn tərbiyə idi! Bu, ən ali, ən böyük hissləri mərzilili Kazım kişinin övladları yaşadı və bizə də yaşatdı. Halal olsun onlara!.. Otuz il keçməsinə baxmayaraq, yenə də qəlbimizdədir bu hisslər!...

Yazını Aynurə Əliyevanın Ağdama qayıdacağımızla bağlı bədii qiraət və görüntülərinin təsiri ilə yazdığımdan, elə onun paylaşmasının sözləri ilə də bitirirəm: ”Yuxularımız çin olacaq, sevincdən gözlərimiz dolacaq!”. 

Bəli, Əl-Cəzahirli bir alimin dediyi kimi, tezliklə Ağdama "ruhlar şəhəri” nə qayıdacağıq... 
       
Mia.az


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR