Şriftin ölçüsü / 204 dəfə oxunub

“Hər kəs dövlət və dövlətçilik naminə bir arada olmalıdır” – Partiyadan çağırış

11 Iyul 2018 [13:16]

"Biz ölkədə qarışıqlıq salmaq istəyən qüvvələrin olduğunu əvvəldən bəyan etmişdik. Təəssüf ki, həmin mənfur qüvvələrin niyyəti müəyyən mənada gerçəkləşdi”.

Mia.az xəbər verir ki, bu fikirlər Müasir Müsavat Partiyasının Gəncədə baş verən dünənki olaylarla bağlı bəyanatında yer alıb. Partiya hesab edir ki, baş verən təxribat ölkədə təfriqə yaratmaq istəyənlərin planının bir hissəsidir:

"İllərdir deyirik ki, hakimiyyət daxilində bəzi qüvvələr var ki, ölkədə aranın qarışmasını istəyirlər. Onların bəzisi hakimiyyətdən uzaqlaşdırılıb, bəziləri hələ də qalır. İndi onlar ölkəmizdə təxribat niyyətlərini gerçəkləşdirmək üçün işbirliyi edirlər. Gəncədə baş verən bu hadisə partiya olaraq bizi məyus edib. Təəssüflə qeyd edirik ki, hakimiyyət içindəki bəzi şəxslərin Avropadakı fəallarla birləşməsi və çirkin niyyətlərini reallaşdırması artıq ortadadır. Narahatıq ki, bu cür təxribatlar təkrarlana bilər. Ancaq buna imkan verməməliyik. Hər kəs dövlət və dövlətçilik naminə bir arada olmalıdır.

Burada xarici qüvvələrin də əli var. Ona görə də daha ciddi olmalıyıq, istər dövlət strukturları, istərsə də, cəmiyyət bu məsələyə həssas yanaşmalıdır. Təxribata yol vermək, ölkədə stabilliyin pozulmasına imkan vermək olmaz.

Müasir Müsavat Partiyası olaraq bütün gücümüzü səfərbər edib bu təxribatçı qüvvələrə qarşı mübarizə aparacağıq. Gələn həftədən geniş müşavirələrə başlayacağıq, özümüz bölgələrə çıxacağıq. Biz dövlətçiliyin yanındayıq, Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik və sabitlik üçün var gücümüzlə çalışacağıq.

Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar. Allahdan onlara rəhmət diləyir, yaxınlarına başsağlığı veririk”.




SON XƏBƏRLƏR
20:52 21.07.2018
Xeyirxah söyüşlər...