ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Müəllimlərin işə qəbulu üçün qeydiyyat başladı - Qaydalar - mia.az
Şriftin ölçüsü / 729 dəfə oxunub

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başladı - Qaydalar

25 Iyun 2018 [10:47]

Bu gündən müəllimlərin işə qəbulu üçün qeydiyyat başlayır. Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu iyunun 25-də başlanılacaq və iyulun 5-dək davam edəcək.

Yeni qaydalara əsasən, müəllimlərin işə qəbulunda əcnəbilər də iştirak edə biləcəklər.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində ölkənin orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən, xaricdə təhsil alan Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə daimi yaşamaq üçün icazəsi olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər də iştirak edə biləcəklər.

Yeni qaydalara görə, müsabiqə başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə, elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdə keçirilir.

Qəbul müsabiqəsində namizədin topladığı bal iki tədris ili müddətində qüvvədə olur və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllim işləyən, diaqnostik qiymətləndirmədə iştirak edən şəxslər isə nəticələrə uyğun olaraq birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında, müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR