Şriftin ölçüsü / 318 dəfə oxunub

Elmar Məmmədyarov belaruslu həmkarı ilə məktub mübadiləsi həyata keçirib - MƏTN

12 Iyun 2018 [15:53]
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belarus xarici işlər naziri Vladimir Makeyə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu göndərib.

XİN-dən Mia.az-a məlumata görə, nazir Elmar Məmmədyarov məktubda həmkarı Vladimir Makeyi Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.

Bu ildönümünün ölkələrimiz üçün əlamətdar və həm də rəmzi xarakter daşıdığını qeyd edən nazir Elmar Məmmədyarov iki dövlətin liderlərinin müdrikliyi və səyləri sayəsində ölkələrimiz arasında sıx əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Elmar Məmmədyarov məktubunda qarşılıqlı etimad, hörmət və dostluq prinsipləri üzərində qurulan çoxillik və məhsuldar Azərbaycan-Belarus əməkdaşlığının xoş ənənələrinin müasir dövrdə ölkələrimiz arasındakı əlaqələrin möhkəm əsasını təşkil etdiyini qeyd edib.

O bildirib ki, intensiv siyasi dialoq, sosial-iqtisadi əlaqələr, beynəlxalq arenada qarşılıqlı dəstək, humanitar əməkdaşlığın davamlı şəkildə dərinləşdirilməsi ilə xarakterizə olunan ikitərəfli münasibətlər xüsusi əhəmiyyətli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Belarus xarici işlər naziri Vladimir Makey da öz növbəsində Elmar Məmmədyarova ünvanladığı cavab məktubunda 25 il ərzində Belarus-Azərbacan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurularaq strateji xarakter aldığını və siyasi, sosial, iqisadi və humanitar sahələri əhatə etdiyini vurğulayıb.

Vladimir Makey ali və yüksək səviyyədə dövlətlərarası təmasların dinamik şəkildə inkişaf etdiyini və bir sıra ikitərəfli iqtisadi layihələrin həyata keçirildiyini bildirib. O həmçinin, ölkələrimizin beynəlxalq arenada mövcud olan problemlər və təhdidlərə münasibətdə oxşar mövqe tutduğunu və bir-birinə qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb.

Məktubda nazir Vladimir Makey Belarus-Azərbaycan münasibətlərinin bu gün olduğu kimi gələcəkdə də məhsuldar və məzmunlu olacağına inamını ifadə edib.

Azərbaycan və Belarus arasında diplomatik əlaqələr 11 iyun 1993-cü ildə qurulub.


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...