“Döşəyin altında dolları, avrosu olan qardaşlarım,..." - ƏRDOĞANDAN ÇAĞIRIŞ

img

26-05-2018 [19:45]


"Döşəyin altında dolları, avrosu olan qardaşlarım, gedin pullarınızı lirəyə çevirin”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda Ədalət və İnkişaf Partiyasının (AKP) 24 iyunda keçiriləcək seçkilərlə əlaqədar ilk mitinqində bildirib.

Ərdoğan Türkiyə valyutasının dollar və avroya qarşı ucuzlaşmasının qarşısını almaq üçün xalqa səslənib:

"Yerli və milli olmaq demək, öz pulumuza sahib çıxmaq deməkdir. Millətimizdən rica edirəm ki, dedi-qodulara insanmasınlar və lirəyə sahib çıxsınlar”.

Türkiyə prezidenti ölkəsi üzərindən çirkli oyun oynayanlara da mesaj verib:

"Ey maliyyə sektoru, əgər siz investorlara belə oyunlar oynasanız, bilin ki, cavabımız ağır olacaq. Biz oyuları görürük və əlimizdəki vasitələrlə üstünə gedirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR