Xəzərdə qayıqda meyiti tapılan gənclərin kimliyi bilindi - FOTO

img

25-05-2018 [11:23]


4 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

Mia.az FHN-in saytına istinadən xəbər verir ki, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən olunub.

Qeyd edək ki, gənc dostlar avarlıq rezin qayıqla idman məqsədi ilə dənizə çıxıbmış.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı