Şriftin ölçüsü / 466 dəfə oxunub

"Xəritəni dəyişərək və faktları təhrif edərək..." - Umud Mirzəyev "Google maps"in təxribatına reaksiya

17 May 2018 [17:38]
"Google" axtarış sistemi növbəti dəfə təxribata yol verib.
 
Mia.az bildirir ki, məşhur axtarış sistemi "Google maps"də Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilir. Təəssüf ki, bu yuxarıda adı çəkilən internet resursunun təxribata yol verdiyi ilk hal deyil. Belə ki, bu cür təxribat daha əvvəl də baş vermişdi.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Мirzəyev Mia.az-a açıqlamasında məsələyə dair narahatlığını ifadə edib:
 
"Beynəlxalq axtarış sisteminin Azərbaycan və onun ərazilərinə qarşı bu kimi təxribatları ciddi narahatlıq doğurur, xəritədə Azərbaycana qarşı bu cür təxribat xarakterli dəyişikliklərin edilməsi beynəlxalq konvensiyalara ziddir".
 
Umud Mirzəyevin sözlərinə görə, erməni lobbisi uzun müddətdir ki, tarixi yenidən yazmağa çalışır. Xaricdə böyük təsirə malik olmaqla, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını almaq üçün hər vasitəyə əl atırlar: "Xəritəni dəyişərək və faktları təhrif edərək, Ermənistan tərəfi vəziyyətin daha da gərginləşməsinə səbəb olur, Azərbaycan bütün qüvvəsi ilə münaqişənin sülh yolu ilə həll edilməsi üçün səy göstərir. Erməni lobbisi isə təsir vasitələrindən, indiki halda isə "Google" axtarış sistemindən istifadə edərək problemin sülh yolu ilə həllinə maneə törətməyə çalışır".
 
Umud Mirzəyev bəyan edərək bildirib ki, Google rəhbərliyi müvafiq tədbirlər görməlidir: "Bu, resursun faktları təhrif edərək bilərəkdən və ya təsadüfən ciddi pozuntulara yol verdiyi ilk hal deyil".


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...