Xaçmazda şəhid Abumüslüm Səlimov anılıb - Tədbir

img

16-05-2018 [14:00]


"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Layihə işi üzrə qrafikə uyğun olaraq, növbəti tədbirini 11 may 2018-ci il tarixində Xaçmaz rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Səlimov Abumüslüm Xalid oğlunun anım mərasimini, Xaçmaz rayon Abumüslüm Səlimov adına 7 saylı tam orta məktəbdə məktəblilər arasında həyata keçirdi. 

Tədbirdə məktəbin direktoru Şamama Nəsirova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin nümayəndələrindən Səbuhi Qarayev və Rəqib Eyvazov, şəhid Abumüslüm Səlimovun ailə üzvləri, Xaçmaz rayon Qarabağ qaziləri, məktəbin müəllim və şağird kollektivi iştirak etdilər.

Tədbirdən öncə şəhidin ailəsi Qarabağ qaziləri ilə birgə şəhid Abumüslüm Səlimovun məzarı ziyarət olundu. Sonra tədbir məktəbdə davam etdirildi. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri ilk öncə məktəbin direktoru Şamama Nəsirova açaraq, şəhidin qəhrəmanlığından tədbir iştirakçılarına məlumat verərək, şagirdlərə şəhidin həyatı və vətən sevgisi ilə bağlı danışdı.
Tədbiri "Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov davam etdirərək, donor təşkilat haqqında və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulmasından və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi elə vacib işlərdəndir ki, bunun həmişə davamı olacaqdır.
Tədbirdə şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi.
Şəhidin ailəsi və yaxınları da çıxış edərək, şəhid haqqındakı acı və fəxarətlərlə dolu xatirələrindən danışdılar. Sonda şəhidin yaxınları şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına, eləcə də anım tədbirini təşkil edənlərə öz minnətdarlığını bildirdilər.
Bunla da tədbir yekunlaşdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR