"Qüds Fələstinin paytaxtıdır və..." - Allahşükür Paşazadədən açıqlama

img

15-05-2018 [11:42]


"Qüds Fələstinin paytaxtıdır və ora hər hansı dövlətin müdaxiləsi böyük qarşıdurma yarada bilər".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib ki, ötən gün Qüdsdə fəlakət baş verib: "Bildiyim qədər orada 59 nəfər həlak olub, 2 minə yaxın yaralı var. Bu, böyük bir faciədir. Biz bu hadisələri görmüşük. 20 Yanvar faciəsi, Xocalı faciəsi, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi digər faciələri görmüşük. Vaxtnda beynəlxalq ictimaiyyət bu məsələlərə biganə qalmasaydı, bu gün bu təcavüz baş verməzdi və bizim torpaqlarımız zəbt olunmazdı”.

Digər xəbərlər
SON XƏBƏRLƏR