ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Səlim Müslümovun qaynının rəhbərlik etdiyi idarə yoxlanır - Palata hərəkətə keçdi - mia.az
Şriftin ölçüsü / 1681 dəfə oxunub

Səlim Müslümovun qaynının rəhbərlik etdiyi idarə yoxlanır - Palata hərəkətə keçdi

14 May 2018 [18:07]
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir.

Mia.az "APA-Economics"ə istinadən xəbər verir ki, Hesablama Palatası tərəfindən adıçəkilən idarədə bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulur.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş "Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı"na uyğun olaraq həyata keçirilir", - deyə məlumatda vurğulanıb.

Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq.

Mia.az bildirir ki, DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşı Ağalar Xasayev rəhbərlik edir.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR